"Qarabağ" Kamilo Duranla müqavilə imzaladı - Foto
Supersport.Az xəbər verir ki, "Qarabağ" daha bir futbolçunun transferini reallaşdırıb.
Portuqaliyanın "Portimonense" klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və Kamilo Duran heyətə cəlb olunub.
"Qarabağ"la 23 yaşlı kolumbiyalı arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı Azərbaycan klubunda 17 nömrəli forma ilə çıxış edəcək.
Kolumbiyada "İndependente Medelyin" və Braziliyada "Flamenqo"nun gənclərdən ibarət komandalarında çıxış edən Duran Portuqaliyaya transfer olunub. O, "Eştrela"nın U-23 komandasında, "Lusitaniya" və "Portimonense"də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.
Qeyd edək ki, klub bunadək beş futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae və Joni Montieli heyətinə qatıb.