"Qarabağ" - "Ferentsvaroş" matçı fransız hakimlərə tapşırıldı

"Qarabağ" - "Ferentsvaroş" matçı fransız hakimlərə tapşırıldı
Futbol
453
25 Avqust 2025 - 13:09

Supersport.Az xəbər verir ki, Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.


Qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.


Görüşü FIFA referisi Kleman Tyurpen idarə edəcək. Nikolya Danos və Aleksis Auqer ona kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.


VAR-da Jerom Brizar, AVAR-da Nicolya Renvil əyləşəcək.


Baş hakim Kleman Tyurpen 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real Madrid"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununu idarə edib.


Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ferensvaroş" oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq. İlk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Digər xəbərlər