Qurban Qurbanov: "Bu məğlubiyyətin böyük faydası olacaq" - Video
Supersport.Az Azərbaycan Premyer Liqasının ikinci turunda "Sumqayıt"a məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.
"Rəqibi təbrik edirəm. İki oyuna altı xal çox yaxşı başlanğıcdır. Futbolçularımı bir az başa düşürəm, anlayıram. Oyundan da hiss olunur ki, yorğunçuluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı bu məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da sıx qrafik gözləyəcək. Futbolçular da bunu anlayacaqlar. Bəzən yaxşı uğurlardan sonra belə oyunlar faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insan, komanda bir az burun yuxarı qalxır. Bu gün üç xal “Sumqayıt”ın haqqı idi. Qol gözlənilmirdi, heç nədən qapımızda top gördük. Bir neçə yaxşı imkanımız oldu, top qapıdan keçmədi. Həm bizim məşqçilər, həm də futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu".