"Tottenhem" "Qarabağ"la matçın biletlərinin qiymətini açıqladı

"Tottenhem" "Qarabağ"la matçın biletlərinin qiymətini açıqladı
Futbol
333
04 Sentyabr 2024 - 00:51

Supersport.Az-ın xəbərinə görə, Avropa Liqasının final mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək "Tottenham" oyunla bağlı məlumat yayıb. 

Biletlərin qiymətinin böyüklərə 30, yeniyetmələr (18 yaşadək) üçün 10 funt-sterlinq olduğu açıqlanıb. 

Bütün qonaq biletləri e-poçt vasitəsilə aparıcı sifarişçiyə [email protected] ünvanından göndəriləcək. Azarkeşlər biletləri oyuna ən geci 72 saat qalmış əldə edəcəklər.

Qalan bütün biletlər 16 sentyabr bazar ertəsi səhər saat 10:00-dan (Bakı vaxtıyla 13:00-dan) etibarən ümumi satışda olacaq.

Xatırladaq ki, "Tottenham Hotspur" - "Qarabağ" oyunu sentyabrın 26-da Londonun 62 min 850 yerlik tutuma malik "Tottenham Hotspur Stadium" arenasında yerlı vaxtla 20:00-da (Bakı saatıyla 23:00-da) başlanacaq.

Digər xəbərlər