"Neftçi" hücumçu aldı

Futbol
237
30 İyul 2025 - 15:30
Supersport.Az xəbər verir ki, “Neftçi” hücumçu transferini həyata keçirib. Lüksemburq millisinin futbolçusu Alessio Kurçi artıq “Neftçi” ailəsinin üzvüdür. 23 yaşlı forvardla 3 illik müqavilə bağlanıb.
Futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.