Morata "Qalatasaray"ı saxtakarlıqda günahlandırdı  

Morata "Qalatasaray"ı saxtakarlıqda günahlandırdı  
Futbol
422
12 Avqust 2025 - 13:31

Supersport.Az xəbər verir ki, "Qalatasaray"dan ayrılan ispaniyalı futbolçu Alvaro Morata klubu sərt tənqid edib.


"Qalatasaray" azarkeşlərinin dəstəyi karyeramda yaşadığım ən gözəl şeylərdən biri idi, lakin klubdakı təcrübəm haqqında eyni şeyi deyə bilmərəm. Vədlərin yerinə yetirilmədiyi vaxtlar olub. Öhdəliklər sonuna qədər icra olunmadı və mənim maaşımdan, digər müavinətlərimdən imtina etməkdən başqa çarəm yox idi. Eyni zamanda yazılan məbləğ də doğru deyil".


Qeyd edək ki, "Qalatasaray" Moratanın gedərkən 651 min 562 avro məbləğində alacağından imtina etdiyini açıqlayıb.



Digər xəbərlər