"Qarabağ" "Şkendiya"nı darmadağınla 4-cü dəfə pley-off-da
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Supersport.Az saytının məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçını keçirir.
Qurban Qurbanovun komandası Bakıda "Şkendiya"nı qəbul edir. Şimali Makedoniyada keçirilən ilk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi pley-offa çıxmaq üçün daha şanslı görünürdü. "Qarabağ" "Şkendiya"nı 5:1 hesablı darmadağın etməklə pley-off mərhələsinə vəsiqə qazanıb. Azərbaycanın 12 qat çempionu əvvəlcə Konfrans Liqasının, indi isə Avropa Liqasının liqa mərhələsində iştirak hüququ əldə edib.
“Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
III mərhələ, cavab oyunu
12 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) 5:1
Qollar: Klisman Cane, 16 (avtoqol), Kadi Borges, 18, Nəriman Axundzadə, 33, Marko Yankoviç, 35, Leandro Andrade, 59 - Fabris Tamba, 10
Baş hakim: Denni Makkeli (Niderland)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:0