"Qarabağ" 800 minlik Leandro Antunesi alır - Eksklüziv
Futbol, Eksklüziv
1066
13 Avqust 2025 - 13:48
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağı hədəfləyən "Qarabağ" heyətinə yeni legioner futbolçu cəlb etməyə yaxındır.
Azərbaycanın 12 qat çempionu, Portuqaliya ikinci liqasında çıxış edən "Feyrense" klubunun 28 yaşlı mərkəz hücumçusu Leandro Antunesin keçidi üçün danışıqlar aparır. Məlumatda bildirilir ki, tərəflər razılığa gəlib, hər hansı problem olmasa, yaxın günlərdə futbolçuyla müqavilə imzalana bilər.
Leandro həm sağ, həm də sol ayağı ilə oynaya bilir. Futbolçunun boyu 183 smdir, qiyməti 800 min avrodur.
"Feirense" son mövsüm Portuqaliya ikinci liqasında 8-ci olub, Leandro Antunes 34 oyunun 28-də ilk 11-də çıxış edib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.