"Ferentsvaroş"un baş məşqçisi Robbi Kin "Qarabağ"dan qorxdu
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasında "Ludoqorets"i 3:0 hesablı qələbəylə mübarizədən kənarlaşdıran "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin fikirlərini bildirib.
"Bu anlardan həzz almalısan. Çünki növbəti matç bizim üçün məyusedici ola bilər. Məncə, komanda bu sevincə layiqdir. Xüsusən də ikinci hissədəki oyuna görə. Lakin azarkeşləri də qeyd etməliyəm. Onların bizə enerji verdiyini hiss etdik. Sadəcə, növbəti görüşə fokuslanmışam. Amma oyunçulara Çempionlar Liqasının liqa mərhələsində oynamaq üçün nə lazım olduğunu demişəm. Bu səviyyədə təhlükənin nə olduğunu hər kəs çox yaxşı bilir. Mən Çempionlar Liqasında oynamışam. Bunun nə olduğunu bilirəm. Futbolçularımın da bunu hiss etmələrini istəyirəm. Mənim üçün hər oyun və həmişə qələbə mühümdür".
Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.