"Qarabağ"a rəqib "Ferentsvaroş" oldu

"Qarabağ"a rəqib "Ferentsvaroş" oldu
Futbol
467
13 Avqust 2025 - 00:37

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.


Supersport.Az xəbər verir ki, III təsnifat mərhələsinin digər bir matçında "Ferensvaroş" (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu "Ludoqorets"i sınağa çəkib. İlk matçda 0:0 hesablı heç heçə qeydə alınmışdı. Cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələn "Ferensvaroş" adını növbəti mərhələyə yazdıraraq "Qarabağ"ın rəqibi olub.


Qeyd edək ki, "Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da səfərdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Digər xəbərlər