"Azərbaycana yenə məğlub olmaq istəmirik" 

"Azərbaycana yenə məğlub olmaq istəmirik" 
Futbol
239
04 Sentyabr 2024 - 20:00

Supersport.Az xəbər verir ki, Millətlər Liqasının 1-ci turu çərçivəsində sabah Bakıda Azərbaycan yığmasının qonağı olacaq İsveç seçmə komandasının baş məşqçisi Yon Dal Tomasson mətbuat konfransında fikirlərini bildirib.

Məşqçinin rəhbərliyi altında rəqib komanda 4 oyunda 3 məğlubiyyətlə üzləşib, bir qələbə qazanıb. 

- "Yeni başlamışıq. Gündən-günə daha yaxşı oynayırıq. Bu nəticələrin digər səbəbləri də komandada fərqli futbolçuları sınaqdan keçirməyimizdir. Önəmli olan odur ki, düzgün istiqamətdə irəliləyirik. Sabah mütləq qalib gəlməliyik. Komandamdan istək və emosiya gözləyirəm. Həmçinin qürurla çıxış etməlidirlər. Millidə oynayırlar. Soyuqqanlı olmaq, düzgün qərarlar vermək, oyuna maksimum köklənmək lazımdır. Hazırda çalışdırdığım komanda yaxşı kollektivdir.

-Son period ərzində rəqibin bütün oyunlarını izləmişik. Azərbaycan yığması evdə yaxşı çıxış edir. Avstriya və Belçika ilə matçlarında, demək olar ki, qol buraxmadılar. İsveçi 3:0 məğlub etdilər. Sabah belə nəticənin olmamasına çalışacağıq. İstəyirik ki, qalib gələk".

.

Digər xəbərlər