AFFA klubları çökdürür, əcnəbilərə milyonlar xərcləyir
Futbol
433
07 Sentyabr 2024 - 20:31
AFFA-nın yeni rəhbərliyi yarıtmaz fəaliyyətilə klubları iflic vəziyyətə salıb.
Dövlətin ayırdığı yardım futbol komandalarına vaxtında verilmir, aylarla gecikdirilir.
AFFA-ya buna görə etirazlar edilib, iradlar bildirilib. Lakin 5 aydır Rövşən Nəcəfin rəhbərlik etdiyi qurum bundan nəticə çıxarmır.
SOCAR, AFFA prezidenti aylardır dövlətin klublar üçün ayırdığı illik 3 milyon, aylıq 300 min manatı ödəmir.
Halbuki əcnəbisevər R.Nəcəf, milyonlar alan portuqaliyalı Fernandu Santuş, belçikalı Frank de Bleker və başqalarına pulları vaxtında verir.
AFFA-nın əksər klublara 2, bəzilərinə isə 4 aylıq borcu var.
Aşağı liqa komandalarından bəziləri çempionatda iştirakını dayandırmaq, dağılmaq təhlükəsiylə üzləşib.
Supersport.Az