"Qarabağ"ın rəqibi "Tottenham" dünyada irəlidə: 787 milyon avro xərclədi
Supersport.Az-ın məlumatına görə, dünyada heyətinə ən çox pul xərcləyən futbol klublarının siyahısı açıqlanıb.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) futbol ekspertləri bu reytinqi tərtib edib.
Dünyada heyətinə fantastik məbləği "Çelsi" xərcləyib: 1,263 milyard avro.
"Mançester Yunayted" 1,038 milyard avroyla ikincidir.
Çempionlar Liqasının qaliblərindən olan "Mançester Siti" 1,017 milyard avro xərcləməklə üçüncüdür.
Avropa Liqasında "Qarabağ"ın rəqibi "Tottenhem" (787 milyon) 5-cidir.
Dünyada ilk "onluq"da "Arsenal" (798 milyon avro), "Tottenhem" (787 milyon avro), PSJ (772 milyon avro), "Liverpul" (735 milyon avro), "Real Madrid" (720 milyon avro), "Nyukasl" (683 milyon avro) və "Yuventus" (626 milyon avro) da daxildir.
Qeyd edək ki, CIES 29 ildir ki, İsveçrədə təsis olunub.