Eksklüziv: Azərbaycanın futbol millisinin yeni baş məşqçisi Santos 4 milyon qazanacaq

Eksklüziv: Azərbaycanın futbol millisinin yeni baş məşqçisi Santos 4 milyon qazanacaq
Futbol, Eksklüziv, Seçilmişlər
863
12 İyun 2024 - 17:00

Supersport.Az-a Azərbaycanın futbol üzrə milli komandasına yeni baş məşqçi təyin olunan Fernando Santosun qazanacağı məbləğ məlum olub. 


Saytımızın araşdırmasına əsasən, Portuqaliya yığmasını Avropa çempionu, Millətlər Liqasının qalibi edən 70 yaşlı mütəxəssis, Azərbaycanda illik 4 milyon 100 min manatdan çox pul alacaq. 


Fernando Santuş ölkəmizdə aylıq 341 min 676, həftəlik 78 min 848, gündəlik 15 min 769 manat gəlir əldə edəcək.


Qeyd edək ki, AFFA bu gün Azərbaycanın futbol yığmasına Fernandu Santuşu baş məşqçi təyin edib.


Digər xəbərlər