Qurban Qurbanov: "Tottenham" dəlicəsinə pressinq edir" - Video

Qurban Qurbanov: "Tottenham" dəlicəsinə pressinq edir" - Video
Futbol, Video
243
04 Sentyabr 2024 - 10:55

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının final mərhələsinin ilk turunda İngiltərədə "Tottenhem"in qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib. 

"Avropa futbolu çox sürətli inkişaf edir. İngiltərə Premyer Liqasına baxsaq, bu gün bir nömrəli liqadır. Həm sürətinə, həm dinamikasına, həm heyətlərinə görə, həm maliyyə olaraq. Ələlxüsus da ilk 7-8 komanda. "Tottenhem"i, "Mançester Yunayted"i, "Arsenal"ı bir-birindən ayırmaq olmaz. Bir klubun 770 milyon avro büdcəsi varsa, çox da bu komanda haqda danışmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki, çox aktiv pressinq edən komandadır. Dəlicəsinə pressinq edirlər. Təcrübəmiz var. Əgər irəli getmək istəyiriksə, onlar da yerində dayanmırlar, bizdən daha çox irəli gedirlər. Bütün struktur, futbolçuların hansı səviyyəyə gəlib çıxması yolunda o qədər işlər gedir ki, orada. Biz hələ çox uzaqlardayıq. Buna baxmayaraq, hər bir halda idmançıyıq, mübarizə aparmaq istəyirik. Təcrübəmizdən istifadə etməyə çalışırıq ki, layiqli oyun göstərək".

Xatırladaq ki, sentyabrın 26-da Londonda "Tottenhem" "Qarabağ"ı qəbul edəcək.

Digər xəbərlər