"Qarabağ"ın rəqibinin baş məşqçisi: "Komandamız vəhşi olacaq"

"Qarabağ"ın rəqibinin baş məşqçisi: "Komandamız vəhşi olacaq"
Futbol
602
04 Sentyabr 2024 - 16:35

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən biri "Malmö"nün baş məşqçisi Henrik Rydström açıqlama verib.

Mütəxəssis, final mərhələsində uğur qazanacaqlarına inanır.

"Rəqiblərimiz sırasında kifayət qədər bərk komandalar var və biz öz gücümüzü göstərməli olacağıq. Hər görüşdə evdə və ya səfərdə olmasından asılı olmayaraq, qalib gəlməyə çalışacağıq. Daim oyun keyfiyyətini artırmalıyıq. Komanda vəhşi olacaq".

"Qarabağ" - "Malmö" matçı 3 oktyabr saat 20:45-də Bakıda Respublika stadionunda başlanacaq.

Digər xəbərlər