Avropanın gənc futbol ulduzu tarixə düşdü - Foto

Avropanın gənc futbol ulduzu tarixə düşdü - Foto
Futbol, Foto, Seçilmişlər
673
16 İyul 2024 - 07:13

Supersport.Az-ın məlumatına görə, Avropada dördqat çempion olan İspaniya yığmasının istedadlı müsəlman futbolçusu Lamin Yamal fərqlənməsiylə diqqət çəkib. 


İspanlar milli komanda və klub səviyyəsində son 23 ildə oynadıqları 27 finalın hamısında qalib gəliblər.


"Barselona"nın gənc ulduzu Lamin Yamal karyerasında 65 oyunda 10 qol vurub.


17 yaşlı futbolçu İspaniyanın heyətində seçmə mərhələdə 4 oyunda 2 qol, final raundunda 7 matçda 1 qol, 4 məhsuldar ötürməylə yadda qaldı.


Lamine Yamal Avro-2024-də belə fərqləndi:


▪ Euro 2024-ün asist kralı oldu.

▪ Euro 2024-ün ən yaxşı gənc futbolçusu seçildi.

▪ 17 yaşında Avropa çempionu oldu.  


L.Yamalın hazırda qiyməti 90 milyon avrodur. Yamalın atası mərakeşli, anası ekvatorqvineyalıdır.

Digər xəbərlər