Gürcülər çexlərə futbol dərsi keçdi

Gürcülər çexlərə futbol dərsi keçdi
Futbol
354
07 Sentyabr 2024 - 22:36

Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasında Gürcüstan yığması Çexiyanı məğlub edib.

Tiflisdə keçirilən B liqasının 1-ci qrupunun matçında gürcülər 4:1 hesablı qələbə qazanıblar.

Gürcüstan - Çexiya 4:1

Qollar: Kvaratsxeliya 33-pen, Çakvetadze 53, Mikautadze 63, Koçoraşvili 66 - Kalvah 80

B liqasının 2-ci qrupunda İngiltərə səfərdə İrlandiyadan güclü olub - 2:0.

C  liqasının 4-cü qrupunda ermənilər latışlara 4:1 hesabıyla qalib gəlib. Farer adaları - Şimali Makedoniya oyunu 1:1 başa çatıb.

D liqasının 2-ci qrupunda Moldova meydanında Maltanı 2 cavabsız qolla məyus edib.



Digər xəbərlər