Azərbaycan yığması Lüksembura uduzdu

Azərbaycan yığması Lüksembura uduzdu
Futbol
316
06 Sentyabr 2024 - 23:56

21 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Supersport.Az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan millisi səfərdə 7-ci matçında Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Hər iki qolu Leon Elşan (21, 45+2-penalti) vurub.

Bu nəticədən sonra seçmə komandamız 3 xalla 6-cı pillədə qərarlaşıb.

U-21 millimiz növbəti görüşünü sentyabrın 10-da, saat 19:00-da “Dalğa Arena”da Serbiya yığmasına qarşı keçirəcək.

Digər xəbərlər