Türkiyənin məşhur pəhləvanı Azərbaycan bayrağını öpdü - Foto

Türkiyənin məşhur pəhləvanı Azərbaycan bayrağını öpdü - Foto
Digər, Güləş
13 Fevral 2024 - 15:35

Supersport.Az-ın məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə başlayan pəhləvanların Avropa çempionatında maraqlı məqam olub. Yunan-Roma güləşi üzrə təmsilçimiz Beka Kandelaki (130 kq) 1/8 finalda finlandiyalı Konsta Maenpaeaeni (8:6), 1/4 finalda isə macarıstanlı Dariuş Viteki (9:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya mükafatçısı Rıza Kayalpla qarşılaşan Kandelaki türkiyəli rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və o da ümidini 3-cü yerə bağlayıb. Türkiyə pəhləvanı bu görüşdən sonra Azərbaycan idmançısının formasındakı bayrağımızı öpüb. 


Digər xəbərlər