"Qarabağ"la cavab oyununda əlimizdən gələni, meydanı başımız dik olaraq tərk etməyə çalışacağıq"

"Qarabağ"la cavab oyununda əlimizdən gələni, meydanı başımız dik olaraq tərk etməyə çalışacağıq"
Futbol
576
27 İyul 2024 - 07:25

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a məğlub olan "Linkoln"un futbolçusu Qrem Torrilla cavab matçı ərəfəsində açıqlama verib.


"Mən komandamızın ümumilikdə yaxşı oynadığını deyə bilərəm. Düşünürəm ki, biz yaxşı müdafiə olunduq və iki qol buraxsaq da, rəqibə porblem yarada bildik. Ancaq hücumlar zamanı dəqiq və daha aqressiv oynamalıydıq".


Bir ildən çox zədələnməsinin ardından yenidən meydana çıxan futbolçu deyib:

"Uzun müddət kənarda qaldıqdan belə mühüm oyunda meydana qayıtmaq əla hissdir. Buna məmnun olsam da, daha yaxşı oynamalıyam". 


26 yaşlı yarımmüdafiəçi azarkeş dəstəyinə yüksək qiymət verib:


"Azarkeşlərimiz yenə möhtəşəm idilər. Oyun zamanı bizə böyük dəstək verdilər. Bu, komandamızın gücünü, mübarizliyini daha da artırdı". 


"Linkoln"un futbolçusu "Qarabağ"la cavab oyununda geridönüşün çox çətin olduğunu bildirib.


"Artıq 2 qol geridə olmaq və səfərdə oynamağın çox çətin olduğunu yaxşı bilirik. Ancaq əminəm ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Son bir neçə oyunda olduğu kimi "Qarabağ"la cavab matında da bir-birimiz üçün bütün varlığımızı sərf etməyə və meydanı başımız dik olaraq tərk etməyə hazır olacağıq".


Xatırladaq ki, "Qarabağ" - "Linkoln" matçı iyulun 30-da 20:00-da Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər