"Neftçi"ylə oynamaqdan imtina etdilər

"Neftçi"ylə oynamaqdan imtina etdilər
Futbol
273
25 İyul 2024 - 15:00
Supersport.Az xəbər verir ki, Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi"nin dördüncü yoxlama oyunu ləğv olunub. Buna səbəb rəqib komanda "Əl-Oruba"nın (Səudiyyə Ərəbistanı) matçdan imtina etməsidir. Əvəzində, "ağ-qaralar" ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyənin "Alanyaspor" (3:1), "Sivasspor"a (2:1) və "Erzurumspor" (0:0) klubları ilə sınaq matçında qarşılaşmış komanda toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

Digər xəbərlər