Azərbaycan reytinqdə slovakları da keçdi

Azərbaycan reytinqdə slovakları da keçdi
Futbol
492
26 İyul 2024 - 10:32

Azərbaycan klubları Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər.

Supersport.Az xəbər verir ki, "Zirə" və "Sabah"ın qələbə qazandığı gündə "Sumqayıt" meydanı məğlubiyyətlə tərk edib.

Bu nəticələr ölkəmizin UEFA reytinqindəki mövqeyinə təsir edib. Azərbaycan (17.750 xal) bir pillə irəliləyərək Slovakiyanı (17.625 xal) geridə qoyub. Klublarımız uğurlu nəticələri davam etdirsə, ölkəmiz rusları da (18.299 xal) keçəcək. Ermənistan 55 ölkə sırasında 38-cidir. 

Digər xəbərlər