"Zirə" rəqibini darmadağın etdi

"Zirə" rəqibini darmadağın etdi
Futbol
351
25 İyul 2024 - 22:33

Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.


Supersport.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv öz meydanında Slovakiyanın “DAK 1904” komandası ilə qarşılaşıb. "Zirə" slovakları 4 qolla darmadağın edib.


Cavab oyunu isə avqustun 1-də Slovakiyada baş tutacaq.


20:30 “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) 4:0


Qollar: Rafael Utziq, 29, Junior Martins, 30, Davit Volkov 50, 53


Bakı, “Dalğa Arena” stadionu

Baş hakim: İv Torres (Lüksemburq).


Xatırladaq ki, "Zirə" bundan əvvəl Avropa Liqasının birinci təsnifat mərhələsində "Şerif"ə (1:0, 1:2, penaltilərdə 4:5) uduzaraq yoluna Konfrans Liqasında davam etməli olmuşdu. 

Digər xəbərlər