"Qarabağ" Mahir Emrelini gətirə bilər

"Qarabağ" Mahir Emrelini gətirə bilər
Futbol, Eksklüziv
451
10 May 2024 - 05:56

Supersport.Az-a daxil olan məlumata görə, "Qarabağ" "Dinamo"da forma geyən keçmiş futbolçusu Mahir Emrelini qaytara bilər. Milli komandanın hücumçusuna Xorvatiya klubunun heyətində çox az yer verilir. 

"Dinamo Zaqreb bu mövsüm ölkə çempionatının 33 oyununda 12 matçda meydana buraxılan Mahir Emreli 4 matçda qol vurub, 3 effektli ötürmə verib, ölkə kubokunda 1 oyunda 1 dəfə fərqlənib. Mahir Çempionlar Liqasında 3 qarşılaşmada 1, Konfrans Liqasında 4 görüşdə 1 məhsuldar ötürmə verə bilib. O, Avropa Liqasında 2 oyunda 44 dəqiqə meydanda olub. 

Xorvatiya çempionu hazırda 75 xalla liderdir.

Mahir 2022-ci ilin fevralında "Dinamo"yla 2026-nın iyununa kimi müqavilə imzalayıb. "Qarabağ" keçmiş futbolçusunu icarə əsasında almaq istəyir.



Digər xəbərlər