Xankəndidə bu gün ultamarafon başlayır

Xankəndidə bu gün ultamarafon başlayır
Atletika, Digər
270
29 Fevral 2024 - 00:00

Supersport.Az-ın məlumatına görə, bu gün Xankəndi şəhərindən start veriləcək ultra marafon iştirakçıları 380 km qət edərək finişə Bakıda çatacaqlar.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış "İdman həftəsi" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir.

Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

"Qürurla irəli" şüarı ilə keçiriləcək ultra marafona 18 yaşdan yuxarı qoşulacaq hər kəs tarixi hadisənin iştirakçısı olacaq.

Yarışda Azərbaycan, Türkiyə, Meksika və Moldova idmançıları mübarizə aparacaqlar.



Digər xəbərlər