Qurban Qurbanovdan AFFA-ya məsləhət: "Qaydalara riayət etmək, birdəfəlik sistem qurmaq lazımdır"

Qurban Qurbanovdan AFFA-ya məsləhət: "Qaydalara riayət etmək, birdəfəlik sistem qurmaq lazımdır"
Futbol
1221
28 Fevral 2024 - 22:50

Supersport.Az xəbər verir ki,  "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turdan təxirə salınmış "Qəbələ" ilə görüşdən sonra keçirilmiş mətbuat konfransında fikirlərini bildirib.

"Futbolçularımı təbrik edirəm. İki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. İlk hissə bizim üçün asan olmadı. Kaxaberə uğurlar arzulayıram. Ona qarşı oynamaq həm maraqlı, həm də gərgin olacaq".

"Sizcə, Premyer Liqadan düşmək ləğv olunmalıdır, yoxsa idman prinsipləri qorunmalıdır" sualını məşhur mütəxəssis, belə cavablandırıb:

"Komanda sayını artırmayacaqlarsa, qaydalara riayət etmək lazımdır. Əvvəllər mən İcraiyyə Komitəsinin üzvü olanda da bu məsələ müzakirə olunmuşdu. Mən o fikirdə qaldım ki, idman prinsipləri qorunmalıdır. Birdəfəlik sistem qurmaq lazımdır. Hamı bilməlidir ki, nə üçün mübarizə aparır. Aşağı liqanı da yaxşılaşdırmaq lazımdır".



Digər xəbərlər