"Qarabağ" "Braqa"nı qabaqladı

"Qarabağ" "Braqa"nı qabaqladı
Futbol
857
20 Fevral 2024 - 19:49

Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 21-də saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) "Azersun Arena"da keçiriləcək.

"Braqa"nın Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransına saat 20:30-da start veriləcək. Portuqaliya təmsilçisinin eyni arenada keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 21:30-da başlayacaq.



Digər xəbərlər