Azərbaycanlı referinin ulduzu artırılıb

Azərbaycanlı referinin ulduzu artırılıb
Digər, Boks
175
20 Fevral 2024 - 15:39

Boks üzrə referi Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib. Azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

O, bu nailiyyətə fevralın 12-18-də Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində imza atıb. İBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.

Ondan öncə Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirəcək.

Digər xəbərlər