"Qarabağ"da növbəti iki ayrılıq ola bilər

"Qarabağ"da növbəti iki ayrılıq ola bilər
Futbol, Eksklüziv
712
17 İyun 2025 - 15:33

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" iyunun sonunda müqaviləsi başa çatacaq iki futbolçuyla bağlı qərar verəcək.

Söhbət dağlstanlı futbolçulardan təcrübəli müdafiəçi Bədavi Hüseynovla qolkiper Şahrudin Məhəmmədəliyevdən gedir.


"Qarabağ"ın kapitanlarından biri, 33 yaşlı Bədavi 13 ildir klubun uğurları üçün çalışıb, 11 dəfə ölkə çempionu olub, 5 dəfə kuboku qazanıb.


31 yaşlı Şahrudin Məhəmmədəliyev 9 ildir "Qarabağ"da çıxış etdiyi dövr 9 çempionluq titulunu, 1 dəfə ölkə kubokunu qazanıb.  

Ağdam komandasında hazırda 3 təcrübəli qolkiper yer alır.


Bədavi Hüseynov və Şahrudin Məhəmmədəliyevin "Qarabağ"dan ayrılacağı ehtimal edilir.


Tərəflər yaxın günlərdə bu məsələylə bağlı qərar verəcəklər.


"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Supersport.Az-a açıqlamasında komandadan gedən və gələn yeni futbolçu olarsa, məlumat veriləcəyini bildirib.


Xatırladaq ki, bir müddət əvvəl "Qarabağ" klubu dörd futbolçu -  Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimliylə yolları ayırıb.


Digər xəbərlər