"Qarabağ"ın "Şkendiya"yla oyunlarının vaxtı, hakimləri

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın "Şkendiya" ilə keçirəcəyi hər iki oyunun vaxtı və hakimləri müəyyənləşib.
Şimali Makedoniya klubu ilə səfərdəki ilk görüşə Slovakiyadan, evdəki cavab matçına isə Niderlanddan olan referilər təyinat alıb.
Avqustun 5-də Skopyedə baş tutacaq qarşılaşmanı İvan Kruzliak idarə edəcək. Bir həftə sonra Bakıda təşkil olunacaq oyunun baş hakimi isə Danni Makkelie olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
5 avqust
22:00. “Şkendiya” - “Qarabağ”
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
(hamısı Slovakiya)
Skopye, “Todor Proeski” stadionu
Cavab oyunu
12 avqust
20:00. “Qarabağ” - “Şkendiya”
Baş hakim: Danni Makkelie
Baş hakimin köməkçiləri: Hessel Steeqstra, Yan de Vries
Dördüncü hakim: Mark Naqteqaal
VAR: Dennis Hiqler
AVAR: Riçard Martens
(hamısı Niderland)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu