"Turan Tovuz"un böyük hədəfləri: Çempionluq, Avropada tarix yazmaq - Eksklüziv

"Turan Tovuz"un böyük hədəfləri: Çempionluq, Avropada tarix yazmaq - Eksklüziv
Futbol, Eksklüziv, Tribuna
812
14 İyul 2025 - 22:15

Azərbaycan futbolunun inkişaf yolu regionlardan da keçir. İnfrastruktur, kütləviliyin artırılması, peşəkar fəaliyyət bu sahənin tərəqqisi üçün mühümdür.


"Turan Tovuz" Peşəkar Futbol Klubu müsbət addımlarıyla ölkə futboluna töhfəsini verməyə çalışır.


Doqquz illik fasilədən sonra premyer liqaya qayıdan Tovuz təmsilçisində strateji planı gələcəyə, dayanıqlı inkişafa hesablanıb.



Tanınmış işadamı, "Hünər" Şirkətlər Qrupunun rəhbəri Ehtiram Quliyev iki il əvvəl "Turan"ın İdarə Heyətinə sədr gəldikdən sonra komanda dirçəlib. Ötən mövsüm əsas komanda son oyunun nəticəsinə əsasən Avrokuboka vəsiqə qazana bilməsə də, klubun fəaliyyətində peşəkar addımlar gələcək üçün nikbin düşünməyə əsas verir.


Ehtiram Quliyev 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edib.


Xidmətlərinə görə Ehtiram Quliyev Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Bundan əlavə, Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 


"Hünərimiz var tarix yazmağa" şüarıyla mübarizə meydanına atılan "Turan Tovuz"un hədəfləri böyükdür.


"Turan"ın rəhbərliyində yer alan Ehtiram Quliyev, Nəsimi Paşayev, Səməd Nəsibov, Əli Balakişiyev və başqaları həm peşəkarlardırlar, həm də insani keyfiyyətləri ilə seçilirlər.


"Turan"ın rəhbərliyi infrastruktura xüsusi diqqət yetirərək, həm Tovuz, həm də Bakıda baza qurub, stadionunun tutumunu 10 min tamaşaçıya çatdırmağı, təbii meydançasını yeniləməyi planlaşdırıb.


Region təmsilçisi, həmçinin akademiyada 500-dən çox müxtəlif yaş qruplu futbolçular yetişdirir.



"Turan"ın əsas komandasını ölkədaxili, Avropa yarışlarında uğura daşımaq üçün addımlar atılır.


Liderlik keyfiyyəti, futbola sevgisi, fədakarlığı ilə seçilən "Turan Tovuz"un sədri Ehtiram Quliyevin yaxın üç il ərzində məqsədi çətin olsa da, komandanın Avropa yarışının əsas mərhələsinə vəsiqə qazanmasına nail olmaqdır.


Vaxtilə "Rubin"ə Avropa yarışlarında uğur qazandıran, hazırda "Turan"ın baş məşqçisi olan Qurban Berdıyevin yeni mövsümdə hədəfi çempionluqdur. "Turan"ın heyətinə "Benfika"nın yetirməsi, "Atletiko Madrid"lə UEFA Superkubokunu qazanan futbolçunun cəlb edilməsi də komandanın iddiasını göstərir. Bölgə klubu həm yerli, həm də legioner oyunçularla güclənir.


"Turan"ı uğurlara daşıyacaq azarkeş ordusu da var, möhtəşəmdir, ölkə yarışlarında bir nömrədir, çox tələbkardır, vətənpərvərdir, nümunəvidir. Azarkeşlər oyunlarda Şəhidləri ayaqüstə alqışlamaqla diqqət çəkirlər. 


"Turan" rəhbərliyinin peşəkar fəaliyyəti gələcəyə hesablanıb, çempionluq iddiası da  premyer liqada rəqabəti artıracaq.


Supersport.Az

Digər xəbərlər