Rövşən Nəcəfin komandasının cibə işləməsi, məzlumları unutması

AFFA rəhbərliyi qəribə qərarlarıyla gündəmə gəlir. Bəzən elə hərəkət edirlər ki, məəttəl qalırsan. Məsələ bilirsiniz nədir?
Ölkə prezidenti İlham Əliyev il ərzində bir neçə dəfə maaşları qaldırsa da, AFFA rəhbərliyi bu baxımdan ayrı-seçkilik edir.
AFFA rəhbərliyi, üç aydır qurumda çalışan əksər işçilərin məvacibini qaldırıb. Rövşən Nəcəf özünün, həmçinin Cahangir Fərəcullayev, Sərxan Hacıyev, Balakişi Qasımovla Elxan Məmmədovun kadrlarının maaşını artırıb, məzlumları - xidmətçilər, sürücülər, mühafizəçilər və digərlərini bu siyahıya salmağı qəbahət sayıb. Bu, haqlı narazılığa, üsyana səbəb olub. Hər gün bahaçılığın da artdığı vaxtda belə addım atmaq qəbulolunmazdır. Rövşən Nəcəf, niyə miskinləri əzirsiniz, bəzi mütəxəssislərə, media nümayəndələrinə münasibətdə də ayrı-seçkilik edirsiniz?
Allahdan qorxun, ədalətli olun, qiyamət gününü siz də unutmayın AFFA rəhbərliyi.
AFFA prezidenti Rövşən Nəcəf kimlər tərəfindənsə idarə olunur. Fakt odur ki, Rövşən Nəcəf gah Elxan Məmmədov, gah da "Sabah" Futbol Klubunun rəhbərliyinin diqtəsiylə hərəkət edir. "Sabah"ın rəhbərliyi AFFA-ya legioner limitini ləğv etdirdi, yerli futbolçuların yetişməsinə böyük zərbə vurdu. AFFA rəhbərliyi digər tərəfdən dövlətin klublara ayırdığı vəsaiti düzgün bölüşdürmədiyi üçün hərəsinə 500 min manat zərər vurur.
AFFA 1 il ərzində 44 milyon manatlıq büdcəsinin 33 milyonunu boşuna xərclədi. Doğru olardı ki, klubların 500 min manatı azaldılmasın, AFFA qalan 11 milyonun 6 milyonunu komandalara versin.
Rövşən Nəcəfin komandası hələ də anlamır ki, məntiqsiz qərarlar milli komandanı daha pis vəziyyətə qoyacaq.
Öz əlinizlə etdiklərinizin zərərini görəcəksiniz.
SOCAR, AFFA prezidenti Rövşən Nəcəfin "Milli komanda dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq" nağılına da fikir verməyin. Bu, boş vəddir, reallıq ortadadır.
Supersport.Az