Rövşən Nəcəf milyonlar verdiyi Santuşun hörmətsizliyinə göz yumur

AFFA-nın bir illik rəhbərliyi də köhnələrin bataqlıq yolunu gedir. Əvvəlkilər də, indikilər də talan edirlər. Yenə milyonların bir hissəsi havaya sovrulur, bir qismi isə kimlərinsə cibinə axır. Ortada isə nəticə yox, 0 var.
İndiki rəhbərliyin əvvəlkilərdən yalnız bir fərq var: Rövnəq Abdullayevin dövründə AFFA uğursuzluqları gizlətməyə çalışırdı, Rövşən Nəcəf milli komandaların bərbad çıxışını etiraf etdi.
AFFA rəsmiləri Azərbaycandakı futbol yarışlarına necə hörmətsizlik edirsə, gətirdikləri uğursuz baş məşqçi Fernandu Santuş eyni hərəkəti edir. 70 yaşlı portuqaliyalı üç həftədir ölkəsində AFFA-nın verdiyi milyonların hesabına da dincəlir. Azərbaycanda isə kubok, çempionat yarışları davam edir. Santuş AFFA-nın birillik hesabat konfransına gəlməyi də lazımsız hesab etmişdi.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli deyib ki, milli komandanın baş məşqçisi Santuşun köməkçiləri ölkəmizdədir.
Allah bilir yalan deyir, yoxsa düz.
Azərbaycandan aldığı milyonların hesabına da ölkəsində istirahət edən Santuşun aprelin 28-də bura gələcəyi bildirilib.
AFFA-nın köhnə rəhbərlərindən - Rövnəq Abdullayevlə Elxan Məmmədovun fəaliyyəti dövründə də əcnəbi məşqçilər daha çox istədiklərini edirdilər.
AFFA-nın indiki prezidenti Rövşən Nəcəfin bərbad fəaliyyəti zamanında da uğursuz baş məşqçi Santuş peşəkar deyil, özünə sərfəli hərəkət edir. Əslində Azərbaycandakı futbol yarışları da düz-əməlli deyil, səviyyə çox aşağıdır. Hər nə olsa da, Santuş işinə peşəkar davranaraq ölkədəki turnirlərə diqqət göstərməlidir.
AFFA rəhbərliyi Santuşu istefaya göndərmək istəyindədir, yerinə yeni baş məşqçi axtarışını davam etdirir. Bəlkə də Santuş millidən kənarlaşdırılıb, qurum da yenisini gətirə bilmir.
Supersport.Az