Çempionlar Liqası: "Qarabağ"ın oyunlarının təqvimi

Çempionlar Liqası: "Qarabağ"ın oyunlarının təqvimi
Futbol
1064
30 Avqust 2025 - 17:13

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 2025/2026 mövsümü üçün təqvimi müəyyənləşib.

Supersport.Az UEFA-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ilk oyununu səfərdə "Benfika"ya qarşı keçirəcək. Qarşılaşma 16 sentyabr tarixində oynanılacaq.


Ağdam təmsilçisinin son oyunu isə gələn ilin 28 yanvar tarixində İngiltərədə "Liverpul"a qarşı olacaq.


"Qarabağ"ın oyunlarının təqvimi:

1-ci tur, 16 senyabr
“Benfika” (Portuqaliya) - “Qarabağ”

2-ci tur, 1 oktyabr.
"Qarabağ” - "Kopenhagen" (Danimarka)

3-cü tur, 22 oktyabr.
"Atletik” (İspaniya) - "Qarabağ"

4-cü tur, 5 noyabr.
"Qarabağ" - “Çelsi” (İngiltərə)

5-ci tur, 25 noyabr
 “Napoli” (İtaliya) - "Qarabağ"

6-cı tur, 10 dekabr
"Qarabağ" - "Ayaks" (Niderland)

7-ci tur, 21 yanvar
"Qarabağ" - "Ayntraxt" (Almaniya)

8-ci tur, 28 yanvar
"Liverpul" (İngiltərə) - “Qarabağ”

Digər xəbərlər