"Sabah"ı məhvə aparan prezident: Maqsud Adıgözəlov  

"Sabah"ı məhvə aparan prezident: Maqsud Adıgözəlov  
Futbol, Eksklüziv, Tribuna, Yazarlar
550
16 İyul 2025 - 22:25

Valdas Dambrauskasın Maqsud Adıgözəlova narazılığını bildirdiyi iddia olunur


Azərbaycan futbolunda bərbad idarəçiliyi olan klublar sırasında daha birisi liderdir: "Sabah" Futbol Klubu.


"Sabah"ın sabahı qaranlıqdır.


AFFA prezidenti Rövşən Nəcəf də fəaliyyəti sıfır olan "Sabah"ın rəhbəri Maqsud Adıgözəlovun səhv yolunu gedir. 


AFFA bu klubun təsiriylə legioner limitini ləğv edərək, ölkə futbolunu bataqlığa sürüklədi. Bununla milli  komandaya, yerli futbolçulara ağır zərbə vuruldu. Aydın göründü ki, nə AFFA, nə də "Sabah" rəhbərliyini milli maraqlandırmır.


Azərbaycan futbolunda şəraitsizliyi, legioner limitinin ləğvini əsas gətirən "Barselona" ölkəmizdə futbol akademiyası açmaqdan imtina edir.


"Sabah"ı prezidenti Maqsud Adıgözəlov pis vəziyyətə qoyub. M.Adıgözəlov milli futbolçulara düşmən kəsilib, əksəriyyətiylə yollar ayrılıb. Təcrübəli qolkiper Yusif İmanov 6 ay komandada sıxışdırıldı, kənarda saxlanıldı. İmanov sonda bəyanat yayaraq, "Sabah" rəhbərliyinə kəskin etirazını ortaya qoydu. Klubdan isə səs çıxmadı. Yerli futbolçulardan digərləri də Maqsud Adıgözəlovdan narazıdırlar. M.Adıgözəlov klubda bir neçə dəfə mühasibatlığı dəyişib.


Azərbaycan Kubokunu güc-bəlayla alan "Sabah" klubu, Avropa Liqasının ilk matçında fiaskoya uğradı. "Sabah" iki dəfə hesabda irəli çıxsa da, "Çelye" üç qolla rəqibini çökdürdü.


Oyun ərəfəsində "Sabah" klubunun bütün mövqelərində problemləri qabartsaq da, buna məhəl qoyulmadı. Komandaya litvalı yeni baş məşqçi Valdas Dambrauskas, keyfiyyətsiz futbolçular gətirildi, boşluqlar doldurulmadı. 


"Çelye" qarşısında məğlubiyyətlə barışan "Sabah" bərbad oyunla "təslim" oldu. 


İddiaya görə, məğlubiyyətin ardından baş məşqçi Valdas Dambrauskas klub prezidenti Maqsud Adıgözəlova lazımı sayda keyfiyyətli futbolçular alınmamasıyla bağlı narazılığını bildirib. 


"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Murad Musayev baş məşqçi olan zaman mütəxəssisin işlərinə müdaxilə etdiyi, keyfiyyətsiz futbolçular aldığı üçün məşqçinin tənqidinə tuş gəlmişdi. 


Ötən mövsüm Konfrans Liqasının 1/4 final mərhələsində yarışan Sloveniyanın "Çelye" klubu ölkəmizə əvvəlki heyətin 5-6 aparıcı futbolçusunu satmaqla gəlmişdi.


"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas isə rəqibi şişirtmişdi. Litvalı məşqçi Dambrauskas ilk məğlubiyyətin ardından səhvləri etiraf etdi, dedi ki, döyüşü uduzdular, müharibəni yox. 


Valdas Dambrauskas, müharibəni udmaq üçün peşəkar komandirə, güclü orduya, müasir silahlara malik olmalısınız. "Sabah" isə bu baxımdan "Çelye"dən geridə qalır. 


Buna görə "Sabah"ın sabah cavab matçında sərfəli nəticəylə qalib gələcəyi müşküldür. 


İnşAllah yaşayıb, necə olacağını görəcəyik.


Supersport.Az

Digər xəbərlər