Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edən klub cərimələndi

Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edən klub cərimələndi
Futbol
408
27 Avqust 2025 - 15:47

Supersport.Az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarlar qəbul edib. 


23.08.2025-ci il tarixində Azərbaycan Premyer Liqasının II turunun "Kəpəz" – "Karvan-Yevlax" oyununda Yevlax klubunun heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün "Karvan" klubu 1500 manat cərimə edilib.


24.08.2025-ci il tarixində Azərbaycan Premyer Liqasının II turunun "Turan Tovuz" – "Araz-Naxçıvan" oyununda Naxçıvan təmsilçisinin heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Digər xəbərlər