"Qarabağ" ikinci dəfə Çempionlar Liqasının Liqa mərhələsində
Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.
Supersport.Az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edib.
Azərbaycan çempionu 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq, ÇL-in liqa mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə rəqibinə 3:1 qalib gəlib.
"Qarabağ" tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Ağdam klubu ilk olaraq 8 il əvvəl bu uğuru qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) 2:3
Qollar: Leandro Andrade, 25, Abdullah Zubir, 45 - Qabi Kaniçovski, 14, Varnabas Varqa, 55 (pen)
Baş hakim: Kleman Tyurpen (Fransa)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 3:1