"Sabah"la "Araz"dan çətin qələbə
Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Supersport.Az xəbər verir ki, bu gün daha 2 matç oynanılıb.
"Sabah" "Şamaxı"nı səfərdə 2:1 hesablı məğlub edib.
"Turan Tovuz" Bakıda "Araz-Naxçıvan"la üz-üzə gəlib. "Araz" 2:1 hesablı qalib gəlib.
Tovuz klubunun stadionunun meydançasında yenilənmə işləri aparıldığından müvəqqəti olaraq ev oyunlarını Bakıda keçirir.
Azərbaycan Premyer Liqası
2-ci tur
24 avqust
17:00 “Şamaxı” – “Sabah” 1:2
Qollar: Balau 59 - Mikels 1, 76
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
Şamaxı şəhər stadionu
19:30 “Turan Tovuz ” – “Araz-Naxçıvan” 1:2
Qollar: Alexandro Serrano, 77 (pen) - Şarl Boli, 38, Simakala 51
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
“Azersun Arena”