AFFA rəsmiləri "Qarabağ"dan öyrənməyə getdilər - Foto
Futbol, Foto
491
23 Avqust 2025 - 23:00
Supersport.Az xəbər verir ki, AFFA rəsmiləri "Qarabağ"ın qonağı olublar. Assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, müavinləri Kamran Vəliyev və Elçin Məmmədov klubun bazasını ziyarət ediblər.
"Qarabağ"ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla görüşüblər. Emrah Çelikel qonaqlara xatirə hədiyyəsi olaraq komandanın formalarını təqdim edib.