"Ferentsvaroş" ölkəmizdə məşq etməyəcək
Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) – "Ferensvaroş" (Macarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtları məlum olub.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə "Azersun Arena"da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
"Ferentsvaroş"un baş məşqçisi Robbi Kinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransına saat 20:00-da start veriləcək. Macarıstan təmsilçisinin ölkəmizdə məşqi nəzərdə tutulmayıb.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Ferensvaroş" görüşü saat 20:45-də başlayacaq.