"Qarabağ" dünyada 9, "Neftçi" 20 pillə qalxdı

"Qarabağ" dünyada 9, "Neftçi" 20 pillə qalxdı
Futbol, Reytinq
2036
10 Mart 2024 - 16:21

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Supersport.Az İFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıda Azərbaycanın 2 təmsilçisi yer alıb.

Ötən ay 70-ci olan Ağdamın "Qarabağ" klubu 164,75 xalla  61-ci pilləyə yüksəlib. Azərbaycan komandası "Dinamo Zaqreb", "Frayburq", "River Pleyt", "Vilyarreal", "Beşiktaş", "Ayntraxt" və başqa kollektivləri geridə qoyub. 

"Neftçi"də 20 pillə qalxıb. "Ağ-qaralar" (60,75 xal) 398-ci yerdən 378-ci pilləyə yüksəlib.

Qeyd edək ki, dünya reytinqində lider İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi "Mançester Siti"dir (385 xal). İspaniya təmsilçisi "Real Madrid" (313 xal) ikinci, İtaliyanın "İnter" (307 xal) klubu üçüncü yerdədir.

"Fenerbahçe" (208,5) 21-ci yerdən 18-ə, "Qalatasaray" (200 xal) 44-cü pillədən 26-ya qalxıb.

Digər xəbərlər