Azərbaycan Premyer Liqasının birinci turunun oyun cədvəli
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə I turun oyun cədvəli məlum olub.
15 avqust (cümə)
“Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 17:00
16 avqust (şənbə)
“İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu, 17:00
“Neftçi” – “Şamaxı”
“Neftçi Arena”, 20:00
17 avqust (bazar)
“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”, 18:30
“Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:30
18 avqust (bazar ertəsi)
“Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu, 20:00
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün 1-ci turunun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq.
"İmişli" klubu Quba OİK stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün AFFA və PFL-in müdaxiləsindən sonra klub cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.