"Neftçi" əcnəbi müdafiəçi almağa yaxındır - Eksklüziv
Futbol, Eksklüziv
845
08 Avqust 2025 - 12:21
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" heyətini daha bir əcnəbi futbolçuyla zənginləşdirməyə çalışır.
Azərbaycan klubu kiprli mərkəz müdafiəçisi Xristos Sielislə maraqlanır. 25 yaşlı futbolçunun qiyməti 700 min avrodur, Kipr Superliqasının "Panetolikos" klubunda çıxış edir, 1 illik müqaviləsi qalıb.
"Neftçi"nin danışıqlarının müsbətə doğru getdiyi, yaxın günlərdə futbolçunun yeni komandasına qoşulacağı bildirilir.
Sielis vaxtilə İngiltərə "Arsenal"ının gənclər komandasında forma geyib, peşəkar karyerasında "Apoel", "Levski"də, həmçinin Kipr yığmasında çıxış edib.