Dadaş Dadaşbəyli üç qızıl medalla Avropa çempionu oldu

Dadaş Dadaşbəyli üç qızıl medalla Avropa çempionu oldu
Digər, Ulduz, Ağır Atletika
2209
19 Fevral 2024 - 21:18

Supersport.Az xəbər verir ki, 12-20 fevral 2024-cü il tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı başa çatmaq üzrədir. 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış ediblər. 

Bu gün onlardan son olaraq Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Dadaş birdən qaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub.

Atletimiz təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.

Toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

Digər xəbərlər