Haqqımızda

Supersport.Az saytı 2009-cu ildə təsis olunub.

Portalımız 16 il müddətində ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim edib.

Supersport.Az Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Saytımızın fəaliyyətinin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları portalımızın məlumatları və videogörüntülərindən faydalanıb.

Supersport.Az-ın internet kanalının 51 mindən çox abunəçisi var və 14 milyon 700 mindən artıq baxış olub. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edib. Ölkəmizə faydalı olması üçün hətta videoçəkilişlərimiz UEFA-ya da göndərilib.

Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq.