"Kayrat" Çempionlar Liqasının liqa mərhələsində

"Kayrat" Çempionlar Liqasının liqa mərhələsində
Futbol
575
27 Avqust 2025 - 02:43

Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilir.


Supersport.Az xəbər verir ki, Qazaxıstanın “Kayrat” klubu Şotlandiyanın "Seltik" komandasını məğlub edib.


Hər iki oyunda 0:0 hesabı ilə nəticələndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan qazaxıstanlılar əsas mərhələyə yüksəlib - 3:2. "Kayrat" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


Futbolçularının ümumi qiyməti 13 milyon avro olan Qazaxıstan klubu, bu baxımdan Şotlandiya komandasından 10 dəfə geri olsa da, tarixi uğur əldə edib.

Digər xəbərlər