Qurban Berdıyev: "Ağır qələbəyə görə çox sevinirəm"

Qurban Berdıyev: "Ağır qələbəyə görə çox sevinirəm"
Futbol
482
30 Avqust 2025 - 08:35

Azərbaycan Premyer Liqasında 3-cü turu çərçivəsində “Turan Tovuz” səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

Supersport.Az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:

"Ağır qələbəyə görə çox sevinirəm. "Neftçi" bu mövsüm daha yaxşı komanda kimi formalaşıb, həm də heyətini gücləndirib".

- - Göstərdiyiniz oyundan nə dərəcədə razı qaldınız?

- - Meydanda oyunçuların sayı eyni olanda, yelləncək xarakteri daşıyırdı. Məqamlar olurdu ki, biz, məqamlar olurdu ki, onlar yaxşı oynayırdı. Rəqib meydanda azlıqda qaldıqdan sonra hesabı saxlamaq istəyirdik. Bu da səhvlərə gətirib çıxardı.

- - İbrahima Vadjinin performansından razı qaldınız?

- - Bəzi epizodlarda. Yavaş-yavaş, getdikcə artırır. Toplanışda iştirak etməmişdi. Oyuna pis qoşulmadı. Bəzi məqamlarda daha yaxşı ola bilərdi.

- - Komandanın hədəfi çempionluqdur, legioner limiti də ləğv edilib. Çempionluğa oynamaqdan ötrü daha neçə futbolçuya ehtiyac var?

- - Mövsüm hələ yeni başlayıb. Elə komanda yoxdur ki, istədiyi kimi oynasın. Hər komanda üçün mövsümün əvvəlində çətin olur. Bir neçə transfer planı var. Amma mövqelər barədə danışmayacağam.

- - Komandanın "vuran ayaq" problemi var. Sanki elə görüntü var ki, Olabe olmasa, komanda qol vurmayacaq...

- - Yerində iraddır. İstənilən halda bunun üzərində iş gedir.

.

Digər xəbərlər