Qurban Qurbanov: "Samba və Juninyonun transferində qarşı tərəf daha çox yuxarıdan gedir" - audioyazı

Qurban Qurbanov: "Samba və Juninyonun transferində qarşı tərəf daha çox yuxarıdan gedir" - audioyazı
Futbol, Audioyazı
605
31 Avqust 2025 - 22:21

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandaya iki futbolçu cəlb olunması üçün danışıqlar aparıldığını bildirib.



"Samba Sumano və Juninyonun "Qarabağ"a keçidi məsələsi nə dərəcədə doğrudur?" sualını Q.Qurbanov belə cavablandırıb.


"Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Ola bilər ki, biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı".

Digər xəbərlər