Qurban Qurbanov: "Şkendiya" təhlükəli komandadır, çox diqqətli olmalıyıq" - Video
Supersport.Az Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandasının qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini videogörüntüyə alıb.
"İki oyunda qalib gələrək mərhələ adlayan komandaya qarşı oynayacağıq. Hamının fikri əvvəlcə bu idi ki, "Styaua" "Şkendiya"nı məğlub edəcək. Ancaq əksinə oldu, "Şkendiya" qələbə qazandı. Uzun illərdir futboldayıq. Mən Makedoniya klubundan uğur gözləyirdim. Çempionlar Liqasında asan rəqib olmur. Ölkələrinin çempionları özlərini göstərmək istəyirlər. Dəfələrlə belə nəticələri görmüşük. Düşünmədiyiniz komandaların qalib gəldiyinin şahidi olmuşuq.
Komandamızın futbolçularının formasını, hazırlığını yaxşılaşdırmağa çalışdıq.
Daha həvəsli, çox istəkli, möhkəm komandaya qarşı oynayacağıq. Hər halda, çox diqqətli olmalıyıq. "Şkendiya" bərk, xarakterli, təhlükəli komandadır. Bəlkə də ilk oyundan sonra bizim üçün daha asan olacaq, rəqibi daha yaxından tanıyacağıq. İnşAllah çalışacağıq ki, yaxşı oyun göstərək".